RU

Türkiyə yığmasının baş məşqçisi: "Prezident Kuboku-2025"də qardaş ölkədə olduğumuzu hiss etdik"

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında iştirak edən Türkiyə yığmasının baş məşqçisi Uğur Sevər yarış zamanı qardaş ölkədə olduqlarını ürəkdən hiss etdiyini bildirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycanda möhtəşəm qonaqpərvərlik gördüyünü söyləyib:

"Bu, mənim ölkənizə ilk səfərimdir. Azərbaycanda bizi çox yaxşı qarşıladılar. Könüllülər yarış ərazisində öz köməkliklərini göstərərək, çətinlik yaşamağımıza imkan vermirlər. Hələ ki heç bir problem yaşamamışıq. Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik. Qarabağ bölgəsini də ziyarət etmək fürsətimiz oldu. Suqovuşan və Köndələnçay ərazilərində çox gözəl tədbirlər təşkil olunmuşdu. Xüsusilə də yarışın açılış mərasimində çox əyləndik. Turnirdə güclü rəqabət var. İdmançılar bir-birlərinə yaxın göstəricilərlə finiş xəttinə çatırlar. Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq".

Избранный
0
1
report.az

2Источники