RU

Xocalı şəhəri içməli su ilə necə təmin edilir? - AÇIQLAMA

Xocalı şəhərinin əhalisi içməli su ilə şəhər ərazisində olan 2 subartezian quyu və Badara kəndindən çəkilmiş magistral su kəməri ilə təmin olunur.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Badara kəndindən gələn su 2 ədəd 500 kubmetrlik su anbarına yığılır və özüaxımı ilə əhaliyə çatdırılır.

"Subartezian suyu xlorator qurğusu ilə təmizlənir əhaliyə çatdırılır. Əhali 24 saat keyfiyyətli içməli su ilə təmin olunur",-deyə məlumatda qeyd olunub.

Избранный
0
1
day.az

2Источники