RU

Rodri nə vaxt yaşıl meydanlara qayıdır? - Qvardiola açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodri Hernandezin komandaya mümkün qayıdışı haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" çalışdırıcının dediklərini belə çatdırıb. 

"Rodri həkimlər ona icazə verən kimi oynayacaq. Bu barədə şəxsən mənə məlumat verilməlidir. Onun ciddi zədəsi var idi. Hazırda Rodri özünü yaxşı hiss edir və daim məşq edir, lakin heç bir riskə yol verə bilmərik".

Qeyd edək ki, futbolçu çarpaz bağından zədələndikdən sonra dünən məşqlərə qayıdıb.

Xatırladaq ki, 2024-cü ildə Rodri “Qızıl top”u qazanmışdı. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi iki matçda iştirak edib.

Избранный
0
1
90deqiqe.az

2Источники