RU

Zəngəzur uğrunda yeni mübarizə

Son dövrlərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan aktivlik, xüsusilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, həmçinin aparıcı güc mərkəzlərinin nümayəndələrinin Bakıya gəlişi, Cənubi Qafqazda geosiyasi balansın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ekspertlərin fikrincə, bu proseslər həm ölkəmizin beynəlxalq nüfuzunun artdığını, həm də regionda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə doğru ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirir.

Məhz bu kontekstdə İrəvanla sülh sazişinin yaxın aylarda imzalanması və Zəngəzur dəhlizinin açılması ehtimalı aktuallıq qazanır. Mövcud diplomatik dinamika və regional aktorların maraqlarının üst-üstə düşməsi bu gözləntiləri daha da gücləndirir.

Yaxın zamanda sülh sazişi razılaşdırılmış mətn üzrə imzalana və paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun nəticə əldə oluna bilərmi?

Publika.az xəbər verir ki, siyasi şərhçi Asif Nərmanlı Globalinfo.az-a açıqlamasında baş verən son hadisələrin Zəngəzur dəhlizi layihəsi və onun bir hissəsi olduğu Orta dəhlizdə güc mübarizəsinin kəskinləşdiyini göstərdiyini bildirib:

“Əsas səbəb Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın Orta dəhlizdəki proseslərə hələlik müdaxilə etməməsidir. Bu, o demək deyil ki, Vaşinqton ümumiyyətlə prosesdən kənarda qalacaq, əksinə, Çinlə geosiyasi rəqabət kontekstində bu bölgədə güc balansına nəzarət, Ağ Ev üçün vacib məsələdir. Sadəcə olaraq, Tramp administrasiyasının cari prioritetləri Vaşinqtonu müəyyən qədər arxa planda saxlayıb. Buna qədər isə ABŞ və Avropa Birliyi Orta dəhliz marşrutunda, xüsusilə də Cənubi Qafqaz seqmentində Ermənistanı tranzit ölkəyə çevirməklə bağlı ortaq yanaşma nümayiş etdirirdilər. İndi isə AB bu prosesi təkbaşına irəli aparmağa çalışır.

Məhz bu kontekstdə ittifaq rəsmilərinin Mərkəzi Asiyaya son səfərlərini qiymətləndirmək olar. Prezident İlham Əliyevin Çin səfəsini isə bu tendensiyaya qarşı yönəlmiş strateji həmlə kimi dəyərləndirmək mümkündür”.

Избранный
0
5
publika.az

6Источники