NBA pley-offsda daha bir komanda ikinci mərhələyə (1/4 final) yüksəlib.

Offsideplus.az xəbər verir ki, New York Knicks mövsümün ən güclü 8 klubu sırasına daxil olmağı bacarıb.

Beləliklə, ikinci mərhələdə çıxış edəcək 6-cı komanda müəyyənləşib. 

NBA pley-offs, birinci mərhələ (1/8 final):

Detroit Pistons- New York Knicks 113:116

seriyada hesab - 2:4

Los Angeles Clippers - Denver Nuggets 111:105

seriyada hesab - 3:3

*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir

NBA pley-offs ikinci mərhələyə (1/4 final) vəsiqə qazanan komandalar:

1. Oklahoma City Thunder 

2. Cleveland Cavaliers 

3.  Indiana Pacers 

4. Boston Celtics 

5. Minnesota Timberwolves 

6. New York Knicks