Bakı. Trend:
Bu gün Azərbaycan 1-ci liqasında 24-cü tur yekunlaşacaq.
Trend xəbərverir ki, 2-ci - sonuncu oyun günündə 3 matç keçiriləcək.
2-ci yerdəki "İmişli" autsayder "Qaradağ Lökbatan"ı qəbuledəcək. 5-ci pillədəki "Zaqatala" 6-cı sradakı MOİK-lə üz-üzəgələcək. Turun mərkəzi oyunu isə Yevlaxda olacaq. Burada 3-cüyerdəki "Karvan" lider "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, 1-ci liqada "Qəbələ" artıq çempionluğu, "Karvan"və "İmişli" Premyer Liqaya vəsiqəni təmin ediblər.
2 may (cümə)
17:00. “İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, SənanBayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
17:00. “Zaqatala” – MOİK
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, ƏkbərƏhmədov
Zaqatala OİK stadionu
17:00. “Karvan” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, NiyazƏhmədov
Yevlax şəhər stadionu
1 may (cümə axşamı)
“Cəbrayıl” – “Bakı Sportinq” - 2:1
“Difai” – “Mingəçevir” - 1:4