Bu gün Misli Premyer Liqasında XXXIII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun matçları üç günü əhatə edəcək.
Açılış günündə bir oyun baş tutacaq. Günün yeganə qarşılaşmasında liderin ən yaxın izləyicisi “Zirə” avrokuboklar uğrunda mübarizəni davam etdiən “Turan Tovuz”la üz-üzə gələcək.
Tərəflərin bu mövsümkü qarşılaşmalarında komandalar hərəyə bir qələbə ("Zirə" - 2:0, "Turan Tovuz" - 1:0) qazanıblar, bir matç isə qolsuz heç-heçə nəticələnib.
Qeyd edək ki, 3 mayda "Şamaxı" - "Səbail" və "Araz-Naxçıvan" - "Sabah", 4 mayda isə "Qarabağ" - "Sumqayıt" və "Neftçi" - "Kəpəz" görüşləri keçiriləcək.
Misli Premyer Liqası
XXXIII tur
2 may
20:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov, Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu