Prezident Donald Tramp istefa vermiş milli təhlükəsizlik üzrə müşavir Mayk Valtsın namizədliyini ABŞ-ın BMT-dəki növbəti səfiri vəzifəsinə irəli sürüb. AZƏRTAC xəbər verir ki, Donald Tramp bununla həm də Mayk Valtsın istefasını təsdiqləmiş olub. O bildirib ki, Mayk Valts Konqresdə çalışdığı vaxtda və milli təhlükəsizlik müşaviri kimi işlədiyi müddətdə ölkənin milli maraqlarını birinci yerə qoymaq üçün çox çalışıb. “Bilirəm ki, o, yeni vəzifəsində də belə edəcək”, - deyə Tramp vurğulayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта