Bu gün Tacikistanın paytaxtı Düşənbədə "Böyük Dəbilqə" turniri start götürəcək.
Mayın 2-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycanın 2 cüdoçusu tatamiyə çıxacaq.
Operativ Media xəbər verir ki, -60 kq mübarizə aparan Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək. -66 kq çəkidə çıxış edən Yaşar Nəcəfov isə 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Yarış bu gün Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.