RU

Avropa Şurasında Rusiyaya qarşı qətnamə qəbul olundu

BAKI, 2 may. TELEQRAF

Avropa Şurası (AŞ) Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, AŞ və təşkilata üzv olan 46 ölkə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib.

Gürcüstan XİN-dən bildirilib: "Rusiya Federasiyası beynəlxalq öhdəliklərini, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 12 avqust 2008-ci il tarixli razılaşmanı pozur, Gürcüstanın Abxaziya və Sxinvali bölgələrində qanunsuz hərbi mövcudluğunu davam etdirir.

AŞ-yə üzv dövlətlər Rusiyanı beynəlxalq öhdəliklərinə əməl etməyə və öz qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz Gürcüstan ərazisindən çıxarmağa çağırır".

Избранный
0
teleqraf.com

1Источники