RU

Zelenski: ABŞ ilə razılaşdırılmış saziş ratifikasiya üçün göndərilib

Minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndərilib.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə çıxışında söyləyib.

“Biz Vatikanda ABŞ prezidenti ilə saziş bağlamağa hazır olduğumuz barədə danışdıq. Əslində, indi biz Vatikan görüşünün ilk nəticəsini əldə etdik ki, bu da onu həqiqətən tarixi edir”, - Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndərilib:

“Biz sazişlə bağlı gecikmələrin olmamasında maraqlıyıq. Artıq sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan həqiqətən bərabərhüquqlu müqavilədir. Bu, Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və ondan daha az vacib olmayan ölkəmizdə hüquqi təcrübənin müasirləşdirilməsi ilə bağlıdır”.

Избранный
0
17
operativmedia.az

10Источники