RU

Münhendən “knyazlıq klubu”na yollanacaq

Erik Dayerin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, mövsümün sonunda “Bavariya” ilə müqaviləsi qüvvədən düşəcək futbolçu Münhen klubundan ayrılacaq. İngiltərəli müdafiəçi artıq “Monako” ilə anlaşıb. Dayerin “knyazlıq klubu” ilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacağı bildirilib.

“Bavariya” Eriki ötən ilin yanvar ayında “Tottenhem”dən transfer edib. 31 yaşlı futbolçu bu mövsüm Münhen klubunda 25 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
0
football-plus.az

1Источники