Bakıda futbol oynayan gənclərin başına iş gəldi: Pullarını, telefonlarını belə oğurladılar - VİDEO
Bakıda idman meydançasının geyinib-soyunma otağında oğurluq hadisəsi baş verib.
Bu barədə AZXEBER.COM-a zərərçəkənlər məlumat verib. Məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən idman komplekslərinin birinin geyinib-soyunma otağına girən şəxs futbol oynayan gənclərin pullarını və mobil telefonlarını oğurlayıb. O, bu hadisəni törətdiyi zaman təhlükəsizlik kameralarına tuş gəlib.