Biz hələ də Ermənistandan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət almamışıq.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos deyib.
“Biz hələ Ermənistandan müraciət almamışıq. Olanda bunu müzakirə edəcəyik”, - ittifaq rəsmisi bildirib.
Marta Kos sadəcə vurğulayıb ki, İrəvandan belə bir istək dilə gətirilib.
Xatırladaq ki, ötən ay Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsi qəbul edib.