RU

Rusiyada bir neçə gün ərzində 43 meşə yanğını söndürülüb

Bakı. Trend:

Son günlər ərzində Rusiyada meşə yanğınlarına qarşı mübarizəxidmətləri ötən sutka ərzində ümumilikdə 39,9 min hektar əraziniəhatə edən 43 meşə yanğınını söndürüb.

Trend rusKİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Avialesooxrana”nın(Meşələrin Yanğından Mühafizəsi Sistemi) mətbuat xidməti məlumatyayıb.

Regionların meşə təsərrüfatı üzrə dispetçer xidmətlərininməlumatına görə, ötən sutkalar ərzində Rusiyada meşə yanğınlarınaqarşı mübarizə xidmətləri və cəlb olunmuş şəxslər ümumi sahəsi 39,893 hektar olan 43 meşə yanğınını ləğv ediblər.

"Yanğınların söndürülməsi zamanı 2 054 nəfər canlı qüvvə, 322texnika və üç hava vasitəsi cəlb olunub", – məlumatda qeydolunur.

Избранный
0
2
az.trend.az

3Источники