Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Qax rayonunda yaşayan gürcülərdir. Qax rayonunda yaşayan gürcülərin məzarları maraqlı ziyarət etmə adətləri var.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, gürcülər ildə 2 dəfə qəbirüstə çıxarlar. Qaxbaş sakini Nanuli Babacanaşvilinin sözlərinə görə, məzar başına gedəndə evdə ən yaxşı təamları apararlar, şamlar yandırıb ölünün adına duz salarlar:
"Bu bizə ata-babalarımızdan qalan dini adət-ənənədir. Biz başqa bayramlarda məzarları ziyarət etmərik. Ancaq ildə iki dəfə Pasxa bayramından sonra edərik. Həmin günü hamı öz ölülərini ziyarət edər, adına duz salar, şamlar yandırılar. Hətta öz ölülərini ziyarət etmək üçün Gürcüstanda yaşayan qohumlarımız da həmin günü məzarları ziyarət etmək üçün gələrlər.
Bundan başqa evdə bişirilən ən gözəl yeməklərimizi qəbir üstə gətirərik və məzar üzərinə süfrə salaraq düzərik. Daha sonra şam ağacında olan yapışqan halında bir maddədən " saqmel" adında qarışım hazırlayarıq. Saqmel - şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır.
Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bir çömçədə köz götürərik və bütün qohum-əqraba həmin saqmeldən köz üzərinə tökərək " Allah rəhmət eləsin!”- deyərlər. Sonda bütün ailə toplaşıb həmin yeməkləri qəbristanlıqda yeyərik" – deyə Nanuli xanım əlavə edib.
Gürcülərlə həmsöhbət olan zaman anladıq ki, hələ neçə nəsil bu adətlərini qoruyub saxlamağa çalışacaq…
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта