RU

Soyqırım içində soyqırım: Cəza içində cəza!

Xocalı və Şuşadakı yeni məzarlıqlar nədən xəbər verir?

Aprel ayında işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı Şuşa və Xocalıda yeni məzarlıqlar aşkar edilib. Kütləvi məzarlıqlardakı insan cəsədləri ilə bağlı aparılan araşdırmalar sübuta yetirib ki, qurbanlar öldürülmədən öncə ağır işgəncələrə məruz qalıb.

Məlumat üçün qeyd edək ki, bu, işğaldan azad edilən ərazilərdə ilk kütləvi məzarlıq deyil. Bundan öncə erməni işğalından azad edilən ərazilərdə 20-dən çox məzarlıq aşkar edilib ki, bu məzarlıqların hamısında qurbanlar üzərində ağır işgəncə izləri mövcuddur. Bu izlər ermənilərin əsir götürdükləri dinc əhaliyə verdiyi dəhşətli əziyyət və zülmlərdən xəbər verir. 

Cari ilin aprel ayında Xocalıda tapılan və işğaldan azad edilən ərazilərdə aşkarlanan sayca 25-ci məzarlıq olan yeni məzarlığı isə “soyqırım içində soyqırım” kimi dəyərləndirmək mümkündür. Bu fakt sübut edir ki, Ermənistanın 1992-ci ilin fevralında Xocalıda həyata keçirdiyi soyqırımın miqyası bilinəndən daha böyük olmuş, habelə, Xocalı 1992-ci ildən sonra da azərbaycanlı əsirlər üçün məzar yerinə çevrilmiş, xalqımızın soyqırımı davam etdirilmişdir. Başqa sözlə desək, Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalıda “soyqırım içində soyqırım”ı törətmişdir. Hansı ki, bu həqiqət qatillər “cəza içində cəza”nın verilməsi zəruri edir. Xocalı və Şuşada aşkar edilən son məzarlıqlar göstərir ki, mülki insanlara qənim kəsilən erməni qatillərini sadəcə bir ömür həbs etmək yetərli deyil. Onlar həbs içində həbs həyatı yaşamalı, bir deyil, bir neçə dəfə ölməlidirlər. Yalnız belə bir cəza soyqırım qurbanlarının ruhunu qismən də olsa təsəlli edə bilər. Yalnız belə bir cəza erməni toplumunu, bu toplumun içində sürətlə boy atıb böyüyən revanşist qüvvələri gələcək cinayətlərdən çəkindirə bilər. Və yalnız belə bir cəza ədalət və qanuna gerçək inamı, həqiqi etimadı təmin edə bilər.

Seymur ƏLİYEV

 

Избранный
0
moderator.az

1Источники