RU

Dünya üzrə hərbi xərclərin məbləği açıqlandı – ŞOK RƏQƏMLƏR

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, 2024-cü ildə dünya üzrə hərbi xərclər 9,4% artaraq 2,7 trilyon dollara çatacaq. Bu, 1988-ci ildən bəri ən yüksək artım tempidir.

KONKRET.az xəbər verir ki, ABŞ təxminən 1 trilyon dollarla ən çox xərcləyən ölkə olaraq qalır.

Büdcənin əsas maddələri “F-35 “döyüş təyyarələri (61,1 mlrd $), yeni hərbi gəmilər (48,1 mlrd $), nüvə və raket müdafiə sistemlərinin modernləşdirilməsi (37 mlrd $) və Ukraynaya 48,4 mlrd $ yardım daxildir.

Bu yardım Ukraynanın 64,8 milyard dollarlıq müdafiə büdcəsinin təxminən 75%-ni təşkil edir.

ABŞ həmçinin İsrailə 10,6 milyard dollar əlavə yardım ayırıb.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники