RU

“Novochem Azerbaijan” "Gemza Group"a qoşulur və şirkət ləğv olunur

"GEMZA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti "NOVOCHEM-AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir.

Marja xəbər verir ki, bu bardə "GEMZA GROUP" MMC məlumat yayıb. 

Qeyd edilib ki,  "GEMZA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti "NOVOCHEM-AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir.

Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, "NOVOCHEM-AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "GEMZA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.

"Gemza Group" mühəndislik, satınalma və tikinti şirkətidir.  “Novochem Azerbaijan” şirkəti "Gemza Group"a daxildir. 

NOVOCHEM-AZERBAİJAN GEMZA GROUP
Избранный
0
1
marja.az

2Источники