RU

Uşaq və gənclərin inkişafı bu cür həyata keçirilir? – AÇIQLAMA

Uşaq və gənclərin sağlam inkişafı hər bir cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Onların həm fiziki, həm də mənəvi cəhətdən düzgün və balanslı şəkildə yetişdirilməsi, gələcəkdə məsuliyyətli, vətənpərvər və fəal vətəndaşların formalaşmasına zəmin yaradır.

Fiziki inkişaf uşağın bədən sağlamlığının təmin olunması, düzgün qidalanması, aktiv həyat tərzi sürməsi və idmanla məşğul olması ilə əlaqəlidir. Bu məqsədlə məktəblərdə idman dərslərinin səviyyəsinin artırılması, idman qurğularının əlçatanlığı və uşaqların fiziki aktivliyə təşviqi olduqca vacibdir. Sağlam bədən, güclü iradə və yüksək fəaliyyət qabiliyyəti üçün əsas şərtdir.

Mənəvi inkişaf isə uşağın və gəncin daxili dünyasının zənginləşməsi, əxlaqi dəyərlərin, milli-mənəvi irsin və sosial məsuliyyətin aşılanması ilə bağlıdır. Ailə mühiti, təhsil sistemi və cəmiyyətin ümumi ab-havası uşağın mənəvi formalaşmasına birbaşa təsir edir. Ədəbiyyat, incəsənət, tarix və dini-mənəvi dəyərlərlə tanışlıq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda uşaqların fizki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən formalaşması da vacib şərtlərdən hesab olunur. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün valideynlərlə bərabər təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin də əməyi danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi dəyərlər müstəıvisində yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət kimi formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Uşaqlar və gənclər bizim gələcəyimizdir. Onlara diqqət və qayğı, həm fiziki, həm də mənəvi cəhətdən düzgün yönləndirilmə, sağlam və güclü cəmiyyətin əsasını təşkil edir. Bu sahədə ailə, məktəb və dövlətin üzərinə böyük məsuliyyət düşür. Gənc nəsli düzgün istiqamətləndirmək, əslində gələcəyimizi qorumaq deməkdir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova KONKRET.az-a açıqlamasında bildirib ki, uşaq və gənclərin düzgün yetişdirilməsində, onların fiziki, mənəvi və psixoloji cəhətdən sağlam olmasında, əsas amil valideyn faktorudur. Çünki uşağın ilk tərbiyəsi ailədə başlayır, sonra isə cəmiyyətə addım atır. Uşaqlar bizim bu günümüz və sabahımızdır.

“Son illər gənclərimiz öz üzərlərində ciddi şəkildə çalışırlar. Ölkəmizdə yeni məktəblər tikilir, təhsil müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Dövlət başçımız təhsilin inkişafına xüsusi önəm verir və bu istiqamətdə mühüm addımlar atılır. Uşaqların təhsilə olan marağı artmaqdadır. Onlar həm də idmanla fəal şəkildə məşğul olurlar. Bu sevindirici haldır, çünki təhsil cəmiyyətin əsas sütunlarından biridir. Yeni məktəblərin açılması, tədrisin keyfiyyətinin yüksəldilməsi bu sahədəki inkişafın göstəricisidir”.

Psixoloq qeyd edir ki, valideynlər də uşaqları ilə daha çox vaxt keçirməli, onları açıq havada gəzməyə aparmalı, həm fiziki, həm də mənəvi baxımdan dəstəkləməlidirlər.

“Bu günün gənclərindən çox razıyıq. Onlar elmlə, təhsillə maraqlanır, psixoloji və mənəvi cəhətdən sağlam şəkildə inkişaf edirlər. Uşaqların təhsilə və idmana bu qədər maraq göstərmələri qürurvericidir. Artıq beynəlxalq yarışlarda da uğurlar qazanırıq. Dövlət başçımız uşaqlar üçün geniş imkanlar yaradıb və hər bir şərait təmin olunub. Məsələn, artıq 8-ci sinif şagirdləri yuxarı siniflərin çətin məsələlərini həll edə bilirlər. Bu da təhsilin səviyyəsinin artmasından xəbər verir”.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники