RU

Rednik razıdır, "Kəpəz"dən bir tələbi var - EKSKLÜZİV

“Kəpəz” baş məşqçi dəyişikliyi etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub yeni sezon üçün bu posta Mirça Redniki dəvət etməyi planlaşdırır.

Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.

Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin “Kəpəz”ə “gələrəm” dediyi də olub.

Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Gəncə klubuna gəlməyə razıdır. 

Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində “Əl-Nəsr”, “Əl-Faysali” (hər ikisi Səudiyyə Ərəbistanı), “Alaniya” (Rusiya), “Gent”, “Standart”, “Muskron” (hamısı Belçika) və “Xəzər Lənkəran”ı çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçi postundadır.

“Şimal” qələbə qazandı - I Liqaya yüksəldi

II Liqa: XXIII tura yekun vurulub

"Neftçi"nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? - VİDEO

Rikardo Fernandes: "Düzdür, başqa klublardan təkliflər oldu"

Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR

Избранный
0
apasport.az

1Источники