RU

Ombudsman “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalqqeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etirazməktubu ünvanlayıb.

Məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsindəyayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarınınvəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən,birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatıninsan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindənuzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.

Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötənil keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyintəmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyətinümayəndələrinin də fəal iştirakına şərait yaradıldığıbildirilib.

Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabathazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorlaqovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə dədiqqət olunardı. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinəgötürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqlarıərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasına dair zəmanətverməsinin əhəmiyyəti vurğulanıb.

Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquqvə azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru,Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxınazərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansıməlumat verməməsi məsələlərinə də xüsusi olaraq toxunulub, bu cürfaktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqlarıməsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartlarınmövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.

Məktubda, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizmfəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini,eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqətmərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərləbağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazırolduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildəgeniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlaraistinad edilmədiyi təəssüflə qeyd edilib.

Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxilolmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlarhazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinəhörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərinipozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağaçağırıb.

Избранный
0
18
az.trend.az

10Источники