RU

Ernesto Valverde: “MY Avropa Liqasını qazana bilər”

Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valverde Avropa Liqasının “Mançester Yunayted”lə qarşıdakı ilk yarımfinal oyunundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında adətkar olmadığı mövqedə (14-cü yer – redaktorun qeydi) qərarlaşıb, amma biz yadda saxlamalıyıq ki, bizə qarşı Avropanın ən adlı-sanlı komandalarından biri mübarizə aparacaq. Onlar Avropa Liqasını qazana bilərlər, özü də su içmək kimi bir tərzdə. “Mançester Yunayted” – Çempionlar Liqasının klubudur, indi Avropa Liqasında qalibiyyət isə onlar üçün olmalı olduqları həmin yerə düşmək üçün yeganə fürsətdir.

“Mançester Yunayted”lə oyunda bizə bir çox məqamları nəzərə almaq gərəkdir. Onlar standart vəziyyətlərin icrasında çox yaxşıdırlar. Bu, böyük imkanlara malik böyük komandadır. Əgər hər hansı bir müəyyən məqamda köklənsək, digərini nəzərdən qaçırmış ola bilərik”, deyə Ernesto Valverde qarşıdakı oyunun əhəmiyyətini qabardıb.

Xatırladaq ki, “Atletik” – “Mançester Yunayted” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, “Mançester Yunayted” və “Atletik” cari mövsüm Avropa Liqasını qazanmağa ən əsas namizədlər olaraq qəbul edilirlər.

Избранный
0
arena.az

1Источники