RU

“Bakı artıq dünya siyasətçilərinin kəsişmə nöqtəsinə çevrilir”- Politoloq

“Bakı artıq dünya siyasətçilərinin kəsişmə nöqtəsinə çevrilir. İran Prezidentinin uğurlu səfərindən sonra İsrailin Baş naziri və Türkiyə Prezidentinin Azərbaycana səfərə gələcəyi xəbəri əslində Bakının mühüm görüş mərkəzi olduğunu bir daha təsdiqləyir” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Bakıya eyni anda dünyanın ən güclü iki liderinin səfər etməsi xəbəri ölkəmizin geostrateji mərkəz olduğunu da bir daha sübut edir.

“Bakı həm də Rusiya – Ukrayna savaşının dayandırılması üçün bir mərkəz rolunu oynaya bilər. Belə ki, Rusiya mediası iddia edir ki, Azərbaycan və İsrail liderləri Moskvadakı paradda  birgə iştirak edəcəklər. Bu amil Bakının  mümkün kommunikasiya mövzularının kəsişmə nöqtəsinə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netenyahunun  paradda mümkün birgə iştirakı çox mühüm əhəmiyyət kəsb edir və yalnız atəşkəsin mümkünlüyündən asılıdır.”- deyə politoloq Arzuman Muradlı bildirib.

Избранный
0
moderator.az

1Источники