BAKI, TurkicWorld
Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalı evinə qayıdıb.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2024-cü il dekabrın 8-də verdiyi açıqlamada Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra 1,4 milyondan çox suriyalının illərlə davam edən məcburi köçkünlükdən sonra öz evlərinə qayıtdığını bildirib.
UNHCR-in X sosial media platformasında paylaşdığı məlumatda qeyd olunub ki, qayıdan suriyalılar üçün ümid var, lakin onların həyatlarını yenidən qurması ciddi çətinliklərlə müşayiət olunur. Məcburi köçkünlər əsasən sığınacaq, səhiyyə, təhsil və gündəlik dolanışıq sahələrində dəstəyə ehtiyac duyurlar.
BMT ailələrin yenidən normal həyata qayıtması üçün beynəlxalq ictimaiyyəti səyləri dəstəkləməyə çağırıb.