RU

ABŞ danışıqlar üçün Pekinlə təmasa keçib? - Çindən iddia

Çin dövlət mediası gömrük tarifləri ilə bağlı ABŞ-ın onlarla təmas qurduğunu bildirib.

Çinə bağlı sosial media hesablarından biri, ABŞ-ın Prezident Donald Trampın tətbiq etdiyi 145 faiz səviyyəsindəki gömrük vergiləri ilə bağlı danışıqlar aparmaq məqsədilə Çinə yaxınlaşdığını qeyd edib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, Çinin “Weibo” sosial media platformasında “Yuyuan Tantian” adlı hesabın mənbələrə istinadəın yaydığı bir məlumatda “ABŞ gömrük vergiləri məsələsində danışıqlar aparmaq ümidi ilə bir neçə kanaldan fəal şəkildə Çinə müraciət edib” ifadəsi yer alıb.

“Yuyuan Tantian” Çinin dövlət yayımçısı olan “CCTV” (China Central Television) ilə əlaqəli bir sosial media hesabıdır. Bu hesab, “Weibo” sosial platformasında fəaliyyət göstərir və dövlət siyasəti ilə bağlı rəsmi mövqeləri və şərhləri paylaşır. Bununla belə, “Yuyuan Tantian” Çin dövlət mediasının ən nüfuzlu orqanları arasında sayılmır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Ciakun isə çərşənbə günü verdiyi açıqlamada “Bildiyim qədəri ilə Çin və ABŞ arasında gömrük tarifləri ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparılmayıb” deyib.

ABŞ Prezidenti Donald Tramp da çərşənbə günü verdiyi açıqlamada, ABŞ-dan açıq şəkildə bəhs etmədən, administrasiyasının Çinlə bir razılaşma əldə etmək şansının “çox yüksək” olduğuna inandığını söyləyib.

Aydın

Избранный
0
valyuta.az

1Источники