RU

Tramp Ukraynanı yenidən silahlandırmağa başladı


ABŞ prezidenti Donald Tramp ABŞ lideri postuna qayıtdıqdan sonra ilk dəfə olaraq Ukraynaya 50 milyon dollar dəyərində silah tədarükünü təsdiqləyib. Bu barədə Ukraynanın “Kyiv Post” qəzeti məlumat yayıb. “Tramp administrasiyası çərşənbə günü Ukraynaya 50 milyon dollar dəyərində müdafiə yardımının göstərilməsihaqda qərarını Konqresə göndərib”. Qeyd olunur ki, bu silah tədarükü Trampın ABŞ prezidenti postuna qayıtmasından sonra ilk hadisədir. Təklif olunan saziş Ukraynanı hərbi məhsullar, müvafiq texniki məlumatlar və müdafiə xidmətləri ilə təmin edəcək. Bununla belə, çatdırılmaların konkret məzmunu ilə bağlı təfərrüatlar hələlik açıqlanmır.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники