RU

İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi gündəmdədir

İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani deyib.

Onun sözlərinə görə, üçtərəfli dəmir yolu infrastrukturunun inkişafı qonşu ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır: "İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir".

Rza Rəhmani əlavə edib: "Prezident Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərinin nəticələrindən biri Qərbi Azərbaycan vasitəsilə trans-regional əməkdaşlıq yeni vüsət alacaq: “Bu səfər zamanı Qafqaz və Fars körfəzi ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün iki tərəfli danışıqlar aparılıb və beynəlxalq kommunikasiyaların genişləndirilməsi nəzərdə tutulub”.

Qərbi Azərbaycan valisi bildirib ki, əyalət yüksək potensiala və həssas strateji mövqeyə malikdir: "Naxçıvan bölgəsi ilə 150 ​​kilometrə yaxın ümumi sərhəd Asiyadan Avropaya gedən beynəlxalq ticarətdə mühüm rol oynaya bilər. Şərq-Qərb dəhlizinin qısaldılması üçün Qərbi Azərbaycan dəmir yolu xətti hər iki tərəf üçün regionda ticarətin inkişafı və iqtisadi rifah üçün fürsət yaradacaq".


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники