RU

Tramp Ukraynaya silah satışına rüsxət verdi

ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə Ukraynaya azı 50 milyon dollar dəyərində silah satmağa razılaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kyiv Post”a diplomatik dairələrdəki mənbələr danışıb.

Aprelin 30-da Tramp administrasiyasının 50 milyon dollar və ya daha çox qiymətə birbaşa kommersiya satışları vasitəsilə Ukraynaya hərbi malların ixracını təsdiqləmək niyyəti Konqresə çatdırılıb. Hesabat Silah İxracına Nəzarət Qanununa əsasən təqdim edilib.

Söhbət hərbi malların, o cümlədən texniki göstəricilərin və bəzi xidmətlərin satışından gedir.

Bu, Trampın ikinci müddətində ilk belə addımdır.

2015-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində ABŞ Ukraynaya 1,6 milyard dollar dəyərində mal və xidmətlərin ixracına icazə verib.


Telegram kanalımız
Избранный
0
1
yenisabah.az

2Источники