Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının yarımfinalında məğlub olduqdan sonra komandanın kapitanı Kriştiano Ronaldu qəribə hərəkətlərlə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu meydançanın mərkəzinə gələrək öz-özünə danışıb, müxtəlif jestlər göstərib.
Onun komandası tarixi oyunda doğma azarkeşlər önündə Yaponiya təmsilçisi "Kavasaki Frontale"yə 2:3 hesabı ilə uduzaraq finala çıxmaq şansını boşa verib.
Oyundan sonra Ronaldu sosial şəbəkə səhifəsində bunları yazıb: "Bəzən arzu gözləməlidir. Komanda və hamı ilə fəxr edirəm ki, meydançada bütün bacarığımızı ortaya qoyduq. Bizə hər addımda inanan və dəstək göstərən azarkeşlərə təşəkkür edirəm".