RU

Rüsum ödəməlisiniz - YENİLİK

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat

Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat

Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat

Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat

Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Избранный
0
2
gundem.az

2Источники