RU

Lətif Hüseynov: Azərbaycandakı insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir

Azərbaycandakı insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir.

Teleqraf xəbər verir ki, bunuAvropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, beynəlxalq Konstitusiyaya modelini hazırlamaq doğru deyil:

"Avropa İnsan Hüquqları Məhkəməsində hakim olmazdan əvvəl Venesiya Komissiyasında çalışmışam. Orada dövlətlərin qanunlarına dəyişikliklər layihələri müzakirə olunur. Bir ölkənin konstitusiya layihəsinə baxırdıq. Orada Rusiya tərəfindən təklif oldu ki, bir model hazırlayaq və dövlətlər bundan yararlansın. Ayrı ayrı qanunlarının modellərini hazırlamaq olar, amma konstitusiyanın modelini hazırlamaq düzgün deyil".

O həmçinin bildirib ki, Azərbaycandakı insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir.

L.Hüseyn bildirib ki, Konstitusiyanın ölənin portretidir:

"Konstitusiyamız ana sənəd olmaqla yanaşı orada çağırışlar var. Beynəlxalq birliyə qəbul olunan zaman konstitusiya həm də ora verilən mesajdır".

Избранный
0
teleqraf.com

1Источники