RU

BMI-dən ABŞ-nin rüsum siyasətinin qlobal artıma təsirlərina dair AÇIQLAMA

Bakı. Trend:

ABŞ tərəfindən əsas ticarət tərəfdaşlarının, demək olar ki,hamısına qarşı genişmiqyaslı gömrük rüsumlarının tətbiqindən sonraqlobal iqtisadiyyata dair proqnozlar kəskin şəkildə pisləşib

Trend bu barədəFitch Solutions qrupuna daxil olan BMI təşkilatına istinadən xəbərverir.

Ekspertlərin hesablamalarına görə, ABŞ-də orta effektiv rüsum ondəfə artaraq təxminən 25 faizə çatıb. Nəticə etibarilə BMI 2025-ciil üzrə qlobal real ÜDM artımı proqnozunu 2,5 faizdən 2,1 faizəendirib – bu, COVID-19 pandemiyası və 2008-ci il qlobal maliyyəböhranı istisna olmaqla, son iyirmi ildə dünya iqtisadiyyatının ənzəif artım tempi olacaq.

“Hesabatda deyilir ki, bu tarif şoku dünya iqtisadiyyatının həryerində hiss olunur”. Proqnozları ciddi şəkildə aşağı salınanölkələr arasında ABŞ (1,9 faizdən 1,2 faizə), Çin (4,5 faizdən 4,0faizə) və Almaniya (0,6 faizdən 0,1 faizə) yer alır.

BMI rüsumların artımının iqtisadi artıma təsir göstərdiyi dördəsas kanalı fərqləndirir: qiymət artımı və ticarət həcmininazalması, biznes fəaliyyəti və məşğulluğa təsir edənqeyri-müəyyənliyin artması, səhm bazarlarında eniş və işsizliyinyüksəlməsi fonunda ev təsərrüfatlarının rifahının zəifləməsi, eləcədə, maliyyə şərtlərinin sərtləşməsi nəticəsində kreditləşmə vəinvestisiyaların məhdudlaşması.

Qısa müddətdə ABŞ-nin əlavə gömrük rüsumları (məsələn, 232-cibölmə çərçivəsində əczaçılıq məhsulları və yarımkeçiricilərə)tətbiq etməklə tarif dərəcəsini bir qədər artıracağı gözlənilir.Lakin BMI gələcəkdə bu göstəricinin tədricən azalacağınıproqnozlaşdırır.

“Hesabatda bildirilir ki, ticarət danışıqları irəlilədikcə,ABŞ-da orta effektiv tarif dərəcəsinin 2025-ci ilin sonuna qədərtəxminən 16 faizə enəcəyini güman edirik. 232-ci bölmə çərçivəsindətətbiq edilən bir çox rüsumlar – xüsusilə avtomobil kimi "strateji"mallara olanlar – qüvvədə qalsa da, aprel ayında tətbiq olunmuşqarşılıqlı tariflərin dialoq yolu ilə azaldılması üçün imkanlarmövcuddur”.

Ticarət danışıqlarının əsasən qeyri-tarif maneələrə – bazarlaraçıxış, “dempinq” praktikası, yerli tənzimləmə və valyutaməzənnəsinə müdaxilə kimi məsələlərə yönələcəyi gözlənilir. ABŞ-ninəksər ticarət tərəfdaşlarının tarifləri artıq bu il 10–20 faizsəviyyəsinə endirə biləcəyi ehtimal olunur. Lakin Çinlə bağlıproqnoz mənfi olaraq qalır.

“Vaşinqton və Pekin arasında konstruktiv dialoqun olmamasısəbəbilə, ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi effektiv tarifdərəcəsinin yalnız təxminən 45 faizə qədər azalacağını gözləyirik”,– deyə BMI xəbərdarlıq edir.

Hesabatda cari proqnozun yüksək dərəcədə qeyri-müəyyən olduğuqeyd olunur ki, bu da danışıqların uzanması və ya yeni tariftəhdidləri ilə bağlıdır. “Danışıqlarda hər hansı ləngimə və ya yenitəhdidlər yüksək tarif dərəcələrinin 2026-cı ilə qədər qüvvədəqalmasına səbəb ola bilər”, – ekspertlər bildirir. “Əgər ABŞ iləAvropa və ya Çin arasında danışıqlar uğursuzluqla nəticələnsə,genişmiqyaslı ticarət eskalasiyası ehtimalı yüksəkdir”.

BMI hesab edir ki, Avropa İttifaqı kimi iqtisadiyyatlar ABŞ-ınaddımlarına təmkinlə cavab verəcək. Lakin əgər genişmiqyaslı cavabrüsumları tətbiq edilərsə, Trans-Atlantik ticarət münaqişəsininkəskinləşməsi ehtimalı yüksək olacaq.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники