RU

Dünyada baş verən son proseslər: Azərbaycanın diplomatiya masasında nələr var?

“Bu gün dünyada ən çox çatışmayan məsələ siyasi dialoqun qurulması, sülh və əməkdaşlıqın təmin olunması üçün müzakirələri aparan platformaların yox dərəcəsində olmasıdır. Ona görə də dünyada baş verən qarşıdurmalar və münaqişələr günü-gündən dərinləşir, dünyanın güc mərkəzləri hesab olunan dövlətlər arasında fikir ayrılıqları dərinləşməkdədir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bu dəyişkən dünyada Azərbaycan ulduz kimi parlayır və beynəlxalq diplomatiyada uğurlu siyasət yürütməklə müxtəlif qitələrdə yerləşən dövlətlər arasında körpülər salır:

“Məhz ABŞ, NATO və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşləri Azərbaycanın təhlükəsiz məkan olması və ölkəmizin ədalətli mövqedən çıxış etməsi sayəsində baş tutmuşdu. Bu gün Azərbaycan dünyanın ən güclü ölkələri ilə münasibətləri möhkəmləndirir və həm regional, həm də qlobal sülh və əməkdaşlıqın qurulması üçün inamla irəliləyir. Əsas məsələ ölkənin ərazicə və əhalicə böyük olması deyil. Bu günkü dünyada ölkənin liderinin apardığı böyük siyasətinə görə ölkənin çəkisi müəyyənləşir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində dünyanın güc mərkəzləri ilə qarşılıqlk fayda və hörmət əsasında dialoq aparan ölkəyə çevrilib.

Son bir ayda dövlət başçımızın səfərləri, ölkəmizə gələn dövlətlərin ali rəhbərləri və Bakıda keçirilən tədbirləri analiz etsək, ölkəmizin həqiqətən çox böyük diplomatik mərkəz olduğunu görərik. Dövlət başçımızın ÇXR-ə etdiyi çox uğurlu səfərindən sonra Avropa Komissiyasının ali nümayəndəsinin və İran prezidentinin Bakıya səfərləri, Bakıda keçirilən Qlobal Cənub QHT Platforması və digər beynəlxalq tədbirlər, yaxın günlərdə gözlənilən dövlət başçıların səfərləri Azərbaycanın həqiqətən dünya üçün çox əhəmiyyətli bir ölkə olduğunu özünün təsdiq edir. Azərbaycan bu gün hətta öz aralarında mübahisələr və münaqişələr yaşanan ölkələrlə də dostluq və qardaşlıq edir. Bu da dünyada münaqişələrin sülh yolu ilə tənzimlənməsinə töhfələr verməyimizə yol açır. Azərbaycan dövləti sülh və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsini həmişə dəstəkləyir və bu beynəlxalq siyasi kursunu uğurla davam etdirir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
0
editor.az

1Источники