RU

Uitkoff Putinin tərcüməçilərindən istifadə edir

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “New York Post (NYP)” nəşrinin yazdığına görə, Rusiyaya səfərləri zamanı Uitkoff yüksək səviyyəli görüşlərdə tək iştirak edir və bəzən rus tərcüməçilərindən istifadə edir ki, bu da diplomatik prosedurları pozur.

Keçən həftə Vladimir Putinlə son görüşündən əvvəl müşavirlərin və ekspertlərin müşaiyət etmədiyi Uitkoff Rusiya prezidentini“köhnə dost kimi”salamlayıb. Amma Rusiya tərəfindən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak ediblər.

“ABŞ nümayəndə heyətinin digər üzvləri də iştirak etsəydi, Putinlə bu cür danışıqlardan hər kəs faydalanardı”,- Demokratiyaları Müdafiə Fondunun Rusiya proqramının direktor müavini Con Hardi vurğulayıb.

Trampın ilk prezidentliyi dövründəki administrasiyasının adı açıqlanmayan bir təmsilçisi Uitkoffu“yaxşı oğlan, amma başıboş axmaq” adlandıraraq,“o, bunu tək etməməli idi”deyib.

Təhlükəsizlik üzrə ekspert və Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları institutunun əməkdaşı Denni Tsitrinoviç isə Uitkoffun həm Rusiya-Ukrayna münaqişəsi, həm də Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqları necə idarə etməsi sualına cavab tapmağa çalışıb.

- İran məsələsi o qədər mürəkkəbdir ki, Uitkoffun bu komanadaya komandaya daha çox insanı cəlb edəcəyinə ümidliyəm. Çünki hazırda iranlılar ın üstünlüyə malik ola bilərlər”, - israilli analitik bildirib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
0
4
azvision.az

5Источники