RU

Xəstəxanalarda “Frans-German” yoxsa “Amerikan” modeli olmalıdır? – Cavid Paşayev

Dünyada təcili yardım sisteminin iki əsas modeli var: “Frans-German” və “Amerikan” modeli

NOCOMMENT.az xəbər verir ki, bu barədə əvvəllər Yeni Klinikada baş həkim vəzifəsində, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş həkim və direktor vəzifələrində çalışmış həkim Cavid Paşayev öz feysbuk hesabında paylaşım edib.

“Frans-German modelində bütün xidmət xəstənin ayağına gedir. Amerikan modelində isə xəstəni gətirirlər (gördün, götürdün, gətirdin). Bu modellərə görə də xəstəxana daxili ilkin yardım sistemləri formalaşır. Azərbaycanda olan sistem əvvəllər “Semaşko” modeli idi ki, bu da “Frans German” modelinin cüzi modifikasiya olunmuş forması sayılırdı. Ona görə də xəstəxana daxili sistemləri buna uyğunlaşmışdı.

İndi son illərdə xəstəxanalarda “acil” şöbələri yaradılır ki, bu da “Amerikan” modelinə uyğundur. Əsas məsələ isə bizdə bu sahə üzrə ixtisaslı kadrların və bu barədə hüquqi bazanın olmamasıdır.

Xaricdən təhsil alıb gəlimişlərə də Terapevt sertifikatı verilib”.

İndi saatlarla acildə gözləyən və ağırlaşan xəstələrin vəziyyəti ilə bağlı hüquqi tənzimləmə necədir? Ordakı həkimlərin məsuliyyəti nədir?

Избранный
0
nocomment.az

1Источники