RU

Mətin Məmmədli: Ulu Öndərin müstəqillik yolunda atdığı addımlardan biri də Azərbaycan Konstitusiyasının qəbul olunmasıdır

Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda bir sıra addımlar atıb və bu addımlardan biri də Azərbaycan Konstitusiyasının qəbul olunmasıdır.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda Bakı Dövlət Universitetində keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası digər ölkələrlə dostluq əlaqələrinin qurulmasında da böyük rol oynayıb:

"Konstitusiya xalqın iradəsinin ifadəsi, milli dövlətçiliyimizin hüququ olan bir sənəddir. Ərazi bütövlüyümüzün, müstəqilliyimizi, vətəndaş hüquq və azadlığının təminatçısıdır. Azərbaycan Konstitusiyası çox mürəkkəb dövrdə qəbul olunub”.

Избранный
0
report.az

1Источники