İnternetdə ehtiyatsızlıq zərər vurur. Çünki şəxsi məlumatların ələ keçirilməsi kiber cinayətlərin törədilməsinə zəmin yaradır.
Tribunainfo.az bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, aprelin 30-da vətəndaşların bank kartlarından 30716 manat talayıblar:
“Müxtəlif kiber üsulla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri vətəndaşların bank kartlarından oğurlanıb.
Məsələn, vətəndaş “Lalafo” satış saytında palma ağaclarını satışa qoyub. Rusiya nömrəsindən vatsapla zəng olub, beh ödənişinə görə kart məlumatlarını öyrənildikdən sonra kredit formasında 13665 manat çıxarılıb.
Başqa biri viza almaq məqsədilə “Instagram”da olan saxta səhifələrdən birinə yazır. Ona cavab gəlir ki, bank hesabınızda olan vəsaiti təsdiq üçün yoxlamalıyıq, məlumatları təqdim edin. Bakıda olan vətəndaş Hollandiyadan gələn vatsap zəngi ilə danışığı davam etdirir və bank kartının məxfi məlumatlarını ona göndərən kimi hesabından 3000 manat oğurlanıb”.
Nigar İxtiyarqızı