Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun qapıçısı Emil Həbibov məşq zamanı ciddi xəsarət alıb.
Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, qapıçı Emil Həbibov məşq zamanı ikili mübarizədə toqquşma zamanı dili qatlanıb.
Həkimlərin və yoldaşlarının köməyi ilə gənc qolkiperin həyatını xilas etmək mümkün olub.
Emil Həbibov I Liqanın 23-cü turunun "Baku Sportinq"lə oyununda ehtiyatda qalıb.