RU

“Bayer”in ilk transferi

“Bayer” yay fasiləsində ilk transferini reallaşdırmağa yaxındır.

Msport.az xəbər verir ki, Leverkuzen klubu “Herta”nın yarımmüdafiəçisi İbrahim Mazanı transfer edəcək.

Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. O, tərəflərin bütün sənədləri imzaladığını vurğulayıb. Transfer “Bayer”ə 12 milyon avroya başa gələcək.

Qeyd edək ki, 19 yaşlı futbolçu II Bundesliqanın cari mövsümündə 30 oyun keçirib, 5 qol, 3 assistlə yadda qalıb.

Избранный
0
msport.az

1Источники