RU

Hindistan hava məkanını Pakistan üçün BAĞLADI

Hindistan, 23 may tarixinədək Pakistana məxsus və ya Pakistan tərəfindən idarə olunan bütün uçuşlar üçün hava məkanını bağladığını elan edib. 

News24.az xəbər verir ki, Hindistan, Pakistana məxsus mülki və hərbi təyyarələrin Hindistan hava məkanından istifadə etməsini qadağan edən aviasiya bildirişi (NOTAM) yayımlayıb. 

NOTAM-da bu məhdudiyyətin Pakistan tərəfindən idarə olunan və ya icarəyə götürülmüş bütün təyyarələri əhatə etdiyi və 23 maya qədər qüvvədə olacağı qeyd edilib. 

Xatırladaq ki, Pakistan da 24 aprel tarixində Hindistana məxsus və ya Hindistan tərəfindən idarə olunan bütün uçuşlar üçün öz hava məkanını bağladığını açıqlamışdı.


Məryəm İlhamqızı


Избранный
0
2
news24.az

3Источники