RU

Yayda Avropada qazın qiyməti daha da bahalaşa bilər

BAKI, 1 may. TELEQRAF

Avropada qazın qiyməti aprel ayında ötən illə müqayisədə demək olar ki, 30% artıb.

Teleqraf xəbər verir ki, bu göstərici London ICE birjasındakı fyuçers məlumatlarında öz əksini tapıb.

Məlumata görə, aprel ayında Avropada qazın orta qiyməti mart ayı ilə müqayisədə 12,5% azalaraq 1000 kubmetr üçün təxminən 409 ABŞ dolları təşkil edib. Lakin illik müqayisədə bu göstərici demək olar ki, 30% artıb.

Avropa qaz hablarında qiymət artımı hələ 2024-cü ilin payızında başlayıb və 2025-ci ilin birinci rübündə qazın orta qiyməti 1000 kubmetr üçün 509 ABŞ dolları təşkil edib. Aprel ayında qiymət martla müqayisədə 12,5% azalsa da, 2024-cü ilin apreli ilə müqayisədə 28% daha yüksək olub.

Əgər 31 mart tarixində qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 450 dollar səviyyəsində ticarət olunurdusa, 30 aprel tarixində ticarət 375 dollar səviyyəsində bağlanıb ki, bu da əvvəlki ayın sonuna nisbətən 17% aşağıdır.

2024-cü ilin sentyabrında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün 416 dollar olub (illik müqayisədə 0,3% az), oktyabrda – 456 dollar (-11%), noyabrda – 491 dollar (-4%), dekabrda – 489 dollar (+20%), 2025-ci ilin yanvarında – 517 dollar (+53%), fevralda – 542 dollar (+88%), martda – 467 dollar (+55%), apreldə isə – 409 dollar (+28%).

Ötən ay qazın qiymətində müşahidə olunan müxtəlif istiqamətli dinamika bir sıra amillərlə bağlı olub. Aprel ayında hava mart ayına nisbətən xeyli isti keçib, Avropa ölkələri yeraltı qaz anbarlarından (YQA) daha az qaz götürüblər və ehtiyatların doldurulması mövsümünə başlayıblar. Ayın sonuna qədər YQA-ların doluluq səviyyəsi 39%-dən çox olub və qaz doldurulması son üç ilin maksimum tempi ilə həyata keçirilib.

Bundan əlavə, qaz qiymətlərinə təzyiq göstərən digər amillərdən biri də Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ABŞ-ın 185 ölkə və əraziyə qarşı tətbiq etdiyi gömrük rüsumlarıdır.

Bununla belə, qazın qiyməti ötən illə müqayisədə yüksək qalır, çünki Avropanın qaza olan tələbatı artıb. Qarşıdan gələn yay Avropa ölkələrinin anbarları doldurmaq üçün daha çox qaza ehtiyacı olacaq. Yeni güclərin məhdud istifadəyə verilməsi fonunda region, qaz üçün tələbatı artan Asiya ilə LNG (mayeləşdirilmiş təbii qaz) uğrunda rəqabət aparmalı olacaq.

Qaz İxrac Edən Ölkələr Forumu (QİÖF) hesab edir ki, Avropa ölkələri yeraltı qaz anbarlarını qışa qədər 90% doldurmaqda ciddi çətinliklərlə üzləşəcək və proqnozlaşdırıb ki, yayda birja qaz qiymətləri qışdakından daha yüksək olacaq. Bu isə YQA-lara qaz doldurulmasının iqtisadi səmərəliliyini azaldır.

Avropa Qaz Nəqli Sistemi Operatorları Şəbəkəsi (ENTSOG) bildirib ki, Avropa Komissiyasının tələb etdiyi 90%-lik doldurmanı təmin etmək üçün Avropa ölkələri YQA-lara təxminən 57 milyard kubmetr qaz doldurmalıdır. QİÖF bu göstəricini 60 milyard kubmetr səviyyəsində qiymətləndirib.

Избранный
0
teleqraf.com

1Источники