RU

Tramp Zelenski ilə görüşün detallarını açıqladı

BAKI, 1 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu yaxınlarda keçirdiyi görüş zamanı onu ABŞ ilə mineral sövdələşməni dəstəkləməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “News Nation” telekanalına müsahibəsində danışıb.

"Mən ona (Volodimir Zelenskiyə) dedim ki, müqaviləni imzalasaq, çox yaxşı olar. Çünki Rusiya daha böyük və güclüdür", - Tramp deyib.

ABŞ prezidenti mineral ehtiyatlar üzrə Ukrayna ilə sazişin imzalanmasını kabinetin iclasında təsdiqləyib.

Избранный
0
teleqraf.com

1Источники