RU

Yamal "Barselona" ilə 100-cü oyununa çıxıb

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinal qarşılaşmasında “Barselona” “İnter” klubunu qəbul edir.

90deqiqe.Az-ın məlumatına görə, oyundan əvvəl zədələndiyi üçün meydana çıxması sual altında olan Lamin Yamal son anda start heyətində yer alıb.

Maraqlıdır ki, bu görüş Yamalın bütün turnirlər nəzərə alınmaqla “Barselona”nın heyətində 100-cü oyunu olub.

Qeyd edək ki, 16 yaşlı futbolçu iki il əvvəl klubda debüt edib. O, ötən il İspaniya millisinin heyətində Avropa çempionu tituluna da yiyələnib.

Избранный
0
90deqiqe.az

1Источники