RU

Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı Ukrayna barədə fikirlərini açıqlayıb. Türkiyə lideri bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında atəşkəs müddətinin və çərçivələrinin genişlənəcəyinə ümid edir. Müvəqqəti atəşkəs uzunmüddətli sülhə yol aça bilər.

Türkiyə lideri xatırladıb ki, Ankara müharibə başlayandan Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhün tərəfdarı olub. “Biz heç vaxt uzunmüddətli sülhlə bağlı ümidimizi itirməmişik. Ən şiddətli döyüşlər zamanı belə Ankara tərəfləri eyni masa arxasında toplamaqla sülh dialoqunun yenilənməsini təklif edib”, – deyə R.T.Ərdoğan bildirib.

Mətləb Salahov

Избранный
0
baki-xeber.com

1Источники