RU

Trampdan Zelenskiyə: Rusiya daha böyük və güclüdür...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Rusiyanın daha böyük və güclü olduğunu onun diqqətinə çatdırıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə “NewsNation” nəşrinə danışıb və əlavə edib ki, Zelenskini resurslarla bağlı razılığa gəlməyə çağırıb.

“Mən Zelenskiyə dedim ki, müqaviləni imzalasaq, çox yaxşı olar. Çünki Rusiya daha böyük və daha güclüdür”, deyə Tramp bildirib.

ABŞ Maliyyə Nazirliyi bu gün bildirib ki, Vaşinqton və Kiyev birgə investisiya fondu yaradacaq təbii ehtiyatlar haqqında saziş imzalayıblar. Fondun vəsaitlərinin Ukraynanın bərpası üçün istifadə olunacağı gözlənilir.

Poliqon.info

Избранный
0
1
poliqon.info

2Источники