RU

İnzaqi: “Bəlkə də “Barselona” hazırda ən yaxşı komandadır”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az italyan mütəxəssisin qarşıdakı oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:

“Barseloona” – uzun müddət ərzində yaxşı qurulmuş bir komandadır. Onlar böyük oyun oynamaq üçün gərək olan hər bir xüsusa malikdirlər, “Hansi” Flik isə “Bayern” və Almaniya yığması ilə etdiyi möhtəşəm təşkilatçılığı təmin edir. Biz onları, həmçinin gənclər bölməsi ilə keçirdikləri iş müqabilində təbrik etməliyik. Bunlar böyük istedadlardır ki, böyüyürlər. Lamin Yamal – dünyada müstəsna oyunçudur, o, möhtəşəm fərdi oyun nümayiş etdirir. Bəlkə də “Barselona” hal-hazırda ən yaxşı komandadır”, deyə İnzaqi vurğulayıb.

Xatırladaq ki, “Barselona” – “İnter” oyunu bu gün, aprelin 30-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
0
arena.az

1Источники