Bakı. Trend:
Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan RespublikasıPrezidentinin təqdimatı Milli Məclisə daxil olub.
Trend-inməlumatına görə, təqdimatda Kamran Bayram oğlu Əliyevin Başprokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklifedilir.
“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyinolunmasına razılıq verilməsi haqqında” qərar layihəsi MilliMəclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkeçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyəedilib.
“Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasıbaş prokurorunun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikasıprokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyətmüddəti 5 ildir.
Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-dəPrezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib.2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviriali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis AzərbaycanRespublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorunvəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.