RU

Yazgül Abdiyeva Qlobal Cənub QHT Platformasının təsis konfransında iştirak edir – Foto

27-30 aprel tarixlərində Bakı Konqres Mərkəzində Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən gəlmiş nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlmək, inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və birliyin möhkəmləndirilməsinə yönələn bu mühüm tədbirdə olmaq dəyərli bir təcrübə oldu.

Bu barədə Paytaxt.org-a açıqlamasında “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmlər doktoru Yazgül Abdiyeva bildirib.

Konfransın əsas əhəmiyyəti, inkişafda olan ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi, birgə çağırışlara cavab tapılması və sülh, inkişaf, ədalət kimi ümumi dəyərlər ətrafında birliyin möhkəmləndirilməsi məqsədilə yeni bir platforma yaradılmasıdır.

Bu tədbir, ölkələrin üzləşdiyi ədalətsizliklərə – yoxsulluq, iqlim dəyişiklikləri, müstəmləkəçilik keçmişi və rəqəmsal uçurum kimi problemlərə qarşı birgə mübarizə aparmaq platformasıdır. Həmçinin, Cənub-Cənub əməkdaşlığını təşviq edən bu platforma, Qlobal Cənub ölkələrinin beynəlxalq səviyyədə səsini daha güclü şəkildə eşitdirmək məqsədini daşıyır.

 
 

Tədbir çərçivəsində Bakı Konqres Mərkəzinin dəhlizlərində Azərbaycanın milli irsini əks etdirən sənətkarlıq sərgisi təşkil olunub. Xalçalar, oyma və naxış nümunələri, dulusçuluq və digər əl işləri nümayiş etdirildi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində xəsarət alan şəxslərin fotolarından ibarət sərgi də qurulub. Bu sərgi, insan hüquqları və humanitar məsələlərə diqqət çəkmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Bugun.tv


Избранный
0
paytaxt.org

1Источники