RU

II Liqa: "Şəmkir" də qalib gəldi, "Haypers Quba" da

Azərbaycan İkinci Liqasında 23-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən tur məhsuldarlığı ilə diqqət çəkib.

Azarkeşlər 7 oyunda ümumilikdə 33 qola şahidlik ediblər.

Bu gün baş tutan oyunlarda meydan sahibləri ilə qonaq komandalar hərəyə 2 görüşdə qalib gəliblər. "Haypers Quba" "Dinamo"nu, "Şəmkir" "Araz Saatlı"nı evində məğlub edib. "Şimal" "Lerik"lə, "Qusar" isə "Göygöl"lə  səfər matçından 3 xalla dönüb. 

İkinci Liqa
23-cü tur
30 aprel

Haypers Quba - Dinamo 4:3
Qollar:
İ.İbrahimli, 30. Ə.Məmmədli, 43. R.Qurbanov, 53. C.İmamverdiyev, 90 - Ə.Məmmədli, 41-öz qapısına. Ş.Əliyev, 74. S.Hüseynli, 90+3.

Lerik - Şimal 2:4
Qollar:
Z.Nuruzadə, 37-pen. R.Quluzadə, 56 - E.Yəhyabəyov, 1. P.Seyidov, 29; 90+4. T.Cəlilov, 70.

Şəmkir - Araz Saatlı 2:0
Qollar:
A.Tağıyev, 21. V.Cəfərov, 79.

Göygöl - Qusar 0:1
Qol:
F.Ağalarov, 67.

Turun digər oyunlarının nəticələri: 

Füzuli - Şahdağ Qusar 0:2
Ağdaş - Şəfa 1:2
Şəki Siti - Kür-Araz 8:4


 

Избранный
0
fanat.az

1Источники